Bakı 1˚C Cloudy

Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA

Cəmiyyət 19:32 10 noy, 2021

Bəzi yerlərdə güclü şimal-qərb küləyi əsir

Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb - <span style="color:red">FAKTİKİ HAVA</span>

Ölkədə müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Hidrometeoroloji Proqnozlar Bürosundan Qazet.az-a verilən məlumata görə, noyabrın 10-u saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişmiş, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Küləyin maksimal sürəti: Gəncədə 24 m/s, Tovuz, Naftalanda 22 m/s, Nabran, Neftçala, Xaçmazda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 32 m/s, Maştağada 28 m/s, Pirallahı, Qum adasında 25 m/s, Neft Daşları, Binədə 24 m/s, Sumqayıtda 23 m/s, Çilov adasında 20 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.