Bakı 11˚C Windy

Neft Fondunun idarə edilməsinə 37 milyon xərclənəcək

Biznes 22:07 30 dek, 2022
Neft Fondunun idarə edilməsinə 37 milyon xərclənəcək

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər təsdiqlənib.

Qazet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı 29 dekabr tarixli “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Fərmanında deyilir.

Fərmanda qeyd olunub ki, gələn il Fondunun idarə edilməsi ilə bağlı xərcləri 37 milyon 101 min manat olacaq.