Bakı 36˚C Sunny

Neft ucuzlaşdı

Biznes 10:24 16 dek, 2022
Neft ucuzlaşdı

Müxtəlif ölkələrin mərkəzi banklarının baza dərəcələrini artırmasından sonra neftin qiyməti düşüb.

Qazet.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 0,37 % ucuzlaşaraq 1 bareli 80,91 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti 0,45 % düşüb və 1 bareli 75,77 ABŞ dolları təşkil edib.

Dekabr iclasında Federal Ehtiyatlar Sistemi (FED) baza faiz dərəcəsini gözlənildiyi kimi illik 4,25-4,5% səviyyəsinədək artırıb.

FED rəhbəri Cerom Pauel mətbuat konfransında bildirib ki, Ehtiyatlar Sistemi inflyasiyanın azalması sabit və dayanıqlı vəziyyətə gələnədək baza faiz dərəcəsini yüksək səviyyədə saxlamağı məqsədəuyğun hesab edir

Bundan başqa, Avropa Mərkəzi Bankı və İngiltərə Bankı əsas faiz dərəcələrini 50 faiz bəndi artıraraq, müvafiq olaraq 2,5% və 3,5%-ə çatdırıb.