Neft ucuzlaşdı
Biznes
13:01 27 yan, 2022
"Brent" neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 0,7% azalaraq 1 barelə görə 88,12 dollar təşkil edib
![Neft ucuzlaşdı](https://qazet.az/resized/fit900x500/center/pages/51804/0f1c1956-53e8-4cf9-b7bf-b40e9762f2ba.jpeg)
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 0,7% azalaraq 1 barelə görə 88,12 dollar təşkil edib.
Qazet.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,71% azalaraq 86,73 dollar təşkil edib.