Neft yenidən ucuzlaşdı
Biznes
09:21 10 yan, 2023
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin mart müqaviləsinin dəyəri 0,68% azalaraq, 1 barelə görə 79,11 dollar təşkil edib.
Qazet.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,62% azalaraq, 74,17 dollara bərabər olub.