Bakı 6˚C Intermittent clouds

Neftçalada yollar yenidən qurulub

Cəmiyyət 11:25 30 dek, 2022
Neftçalada yollar yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Neftçalada uzunluğu 10 kilometr olan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidənqurma işlərini yekunlaşdırıb.

Qazet.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, görülən işlər çərçivəsindəy yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, onun eni 10 metrə qədər genişləndirilib. Yolun 8,5 kilometr uzunluğa malik Həsənabad–Neftçala hissəsində yararsız örtük qazılaraq çıxarılıb, genişləndirmə və kipləşdirmə, yeni yol əsasının inşası, asfaltlanma işləri aparılıb.

Yolun yaşayış məntəqəsindən keçən hissəsində eni 1,5 metr, uzunluğu 900 metr olan piyada səkisi inşa edilib. Yolun 1,5 kilometrlik Bankə–Beştalı ərazisində də sadalanan işlər icra olunub. Layihə üzrə yolun bu hissəsində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpü təmir olunub. Layihənin sonuncu mərhələsində yol nişanlarının, siqnal, işıq dirəklərinin və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.