Neftçilərə silahlı hücum edildi - 10 ölü
Hadisə
01:47 31 dek, 2022
İŞİD terror təşkilatının üzvləri Suriyada neftçiləri daşıyan 3 avtobusa hücum edib.
Qazet.az TASS-a istinadən xəbər verir ki, hadisə Deyr əz-Zor vilayətində baş verib.
Silahlı hücum nəticəsində 10 mütəxəssis həlak olub, daha iki nəfər yaralanıb. Ölən və yaralananların hamısı neft obyektində işləyən növbə briqadasının üzvləridir.
Hadisə yerinə Suriya ordusunun bölmələri gəlib. Bildirilib ki, hücum neft məhsullarına ciddi ehtiyac yarandığı bir vaxtda həyata keçirilib.