"Neftçi"nin aparıcı futbolçusu zədələnib
İdman
19:16 08 dek, 2022
"Neftçi"nin futbolçusu Eddi İsrafilov zədələnib.
Qazet.az-ın məlumatına görə, yarımmüdafiəçi "Zirə"yə qarşı keçirdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda sıradan çıxıb.
Azərbaycan millisinin üzvü meydanı xərəkdə tərk edib. 53-cü dəqiqədə onun yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub.
Qeyd edək ki, hazırda "Zirə" 1:0 hesabı ilə öndədir.