Neftin qiyməti 100 dollaradək bahalaşacaq
Biznes
21:21 22 yan, 2022
Bu barədə "Morgan Stanley" bankının analitiklərinin proqnozunda bildirilib

"Brent" neftinin bir barreli 100 dollaradək bahalaşacaq.
Qazet.az xəbər verir ki, bu barədə "Morgan Stanley" bankının analitiklərinin proqnozunda bildirilib.
Analitiklər qiymət artımını 2022-ci ilin sonuna yaxın qlobal neft ehtiyatlarının azalacağı ilə izah edirlər. Bununla yanaşı, dünyada ehtiyat gücünün indiki sutkalıq 3,4 milyon barreldən 2 milyon barrelədək düşəcəyi bildirilir.
Qeyd edək ki, daha öncə ekspertlər qiymətin 90 dollara qədər artımını gözləyirdi və artıq bu gün “Brent” markalı neftin bir barreli 87,89 dollar təşkil edib.