Bakı 23˚C Windy

Neftin qiyməti 9 illik rekordu yenilədi

Biznes 12:08 03 mar, 2022

"Brent" markalı neftin qiyməti sonuncu dəfə 2013-cü ilin avqustunda 116 dollar/barel olub

Neftin qiyməti 9 illik rekordu yenilədi

"Brent" neftinin bir barelinin qiyməti 2013-cü ilin avqustundan bəri ən yüksək həddə çatıb.

Qazet.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 06:49-da ICE London birjasında "Brent" markalı neftin 2022-ci ilin may fyuçerslərinin qiyməti 3,37% artaraq bir barel üçün 116,74 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti sonuncu dəfə 2013-cü ilin avqustunda 116 dollar/barel olub.

Bakı vaxtı ilə saat 07:03-ə olan ticarət məlumatlarına əsasən, "WTI" markalı xam neftin 2022-ci il aprel üzrə fyuçers müqavilələrinin qiyməti 2,44% artaraq 113,30 dollar təşkil edib.

Qeyd edək ki, buna səbəb Rusiya-Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya tətbiq olunan sanksiyaların tədarüklə bağlı problemlər yaradacağı ehtimalları olub.  ABŞ neft ehtiyatları isə çoxillik minimuma enib.

Eləcə də, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) əlavə neft üçün istehlakçı tələblərini nəzərə almadan mart ayında hasilatın gündəlik 400 min barel artımını saxlaması da qiymətə təsir edən bir digər faktor olub.