Bakı 21˚C Windy

Neftin qiyməti  bahalaşmağa başladı

Biznes 11:32 22 dek, 2021

WTI markalı neftin 1 barelinin qiyməti 0,22% artaraq 71,28 dollar təşkil edib

Neftin qiyməti  bahalaşmağa başladı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 0,07% artaraq 1 barelə görə 74,03 dollar təşkil edib.

Qazet.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,22% artaraq 71,28 dollar təşkil edib.