Neftin qiyməti cüzi artıb
Dünya bazarında neftin qiyməti cüzi artıb.
Qazet.az xəbər verir ki, investorlar Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları səbəbindən tədarükün mümkün azalması ilə bağlı riskləri qiymətləndirirlər.
Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,49 % bahalaşaraq 1 bareli 90,47 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,97 % artaraq 1 bareli 82,84 ABŞ dolları təşkil edib.
Təchizatla bağlı narahatlıqlara əlavə olaraq, investorlar Amerika Neft İnstitutunun (API) məlumatlarına diqqət çəkirlər. Belə ki, API-nin məlumatına əsasən, oktyabrın 14-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatları 1,27 milyon barel artıb. Analitiklər ehtiyatların 1,55 milyon barel artacağını güman edirdilər.