Bakı 1˚C Dreary

Neftin qiyməti qalxdı

Biznes 09:41 12 dek, 2022
Neftin qiyməti qalxdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin fevral müqaviləsinin dəyəri 0,83% artaraq, 1 barelə görə 76,73 dollar təşkil edib.

Qazet.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,06% artaraq, 71,77 dollara bərabər olub.