Nepalda 5,1 bal gücündə zəlzələ baş verib
Xəbərlər
21:40 12 noy, 2022
Nepalın qərbində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Qazet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təkanların episentri təxminən 139 min nəfər əhalisi olan Hindistanın Haldvani şəhərindən 46 km şimal-şərqdə, 2 km dərinlikdə yerləşib.
Həlak olanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.