Bakı -2˚C Windy

Nepalda parlament seçkilərində səsvermə başlayıb

Xəbərlər 10:43 20 noy, 2022
Nepalda parlament seçkilərində səsvermə başlayıb

Nepalda bazar günü parlament və yerli qanunvericilik orqanlarına seçkilərdə səsvermə başlayıb.

Qazet.az xəbər verir ki, bu barədə "The Kathmandu Post" məlumat yayıb.

Himalay Respublikasının sakinləri 10 mindən çox seçki məntəqəsində səs verirlər. Onlar Nümayəndələr Palatasının (ölkə parlamentinin aşağı palatası), eləcə də Nepalın yeddi vilayətinin qanunvericilik məclislərinin üzvlərini seçəcəklər. Qanunverici orqandakı yerlər uğrunda ümumilikdə 11 543 namizəd mübarizə aparır.

Əsas namizədlər Baş nazir Şer Bahadur Deubanın rəhbərlik etdiyi “Nepal Konqresi” Partiyasının hakim alyansının və Nepal Kommunist Partiyasının (birləşmiş marksist-leninist) üzvləridir. Siyasi partiyalar seçki kampaniyalarında ərzaq və zəruri malların qiymətlərini aşağı salmaq, yeni iş yerləri yaratmaq və iqtisadiyyatı stimullaşdırmaq öhdəliyi götürüblər.

Seçki məntəqələri yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 15:15) bağlanacaq. Nepalın Seçki Komissiyasının məlumatına görə, səsvermədə 18,6 milyon seçici iştirak edəcək.

Qeyd edək ki, Nepal parlamenti iki palatadan; - aşağı Nümayəndələr Palatası və yuxarı - Milli Assambleyadan ibarətdir. Milli Assambleyanın 59 üzvü var. Nümayəndələr Palatasında ümumi seçki hüququ əsasında seçilən 275 deputat var: onlardan 165-i nisbi majoritar sistemə görə (165 seçki dairəsinin hər birindən bir deputat), digər 110-u partiyaya görə siyahılar əsasında seçilir.