Bakı 7˚C Sunny

Nərimanovda 10 yaşlı uşağı avtomobil vurub

Hadisə 11:48 03 iyl, 2022

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Nərimanovda 10 yaşlı uşağı avtomobil vurub

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Cavadova Ayan Akif qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.