Bakı 25˚C Sunny

Nərimanovda 20 yaşlı oğlanı avtomobil vurub

Hadisə 01:58 08 yan, 2023
Nərimanovda 20 yaşlı oğlanı avtomobil vurub

Bakının Nərimanov rayonunda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, Ziya Bünyadov prospektində avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Balayev Fərman Hüseyn oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.