Bakı 9˚C Windy

Nəsimi rayonunda gənc yol qəzasında xəsarət alıb

Hadisə 02:54 08 yan, 2023
Nəsimi rayonunda gənc yol qəzasında xəsarət alıb

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Hacıyev Elyaz İlham oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.