Bakı 6˚C Dreary

Nəsrulla Mahmudzadə: "Əfqanıstan-Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalır"

Gündəm 14:00 10 noy, 2021

“Tacikistanın Əfqanıstandakı vəziyyətdən narahatlığının əsaslı səbəbləri var"

Nəsrulla Mahmudzadə: "Əfqanıstan-Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalır"

“Əfqanıstan-Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalır. Terror təhlükəsi artmaqdadır”.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Tacikistan Təhlükəsizlik Şurasının katibi Nəsrulla Mahmudzadə Əfqanıstanda təhlükəsizlik üzrə Dehli Regional Dialoqunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyəti ələ keçirməsi ilə beynəlxalq və regional təhlükəsizlik sahəsində vəziyyəti dəyişib: “Tacikistanın Əfqanıstandakı vəziyyətdən narahatlığının əsaslı səbəbləri var. Çünki onunla uzun sərhədə malik olan ölkəmiz terrorizm, ekstremizm, narkotik qaçaqmalçılığı və digər təhlükələrlə üz-üzədir”.

Qeyd edək ki, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan Əfqanıstanda təhlükəsizlik üzrə Dehli Regional Dialoqunda iştirak edirlər.