Bakı 15˚C Windy

Netanyahu Baydenin İsrailin yeni Baş naziri ilə görüşərkən yuxuya getdiyini deyib

Siyasət 12:54 20 sen, 2021

Video kəsildikdən bir neçə saniyə sonra daha uzun görüntülərdə Baydenin Bennetə cavab verdiyi aydın şəkildə görünür

Netanyahu Baydenin İsrailin yeni Baş naziri ilə görüşərkən yuxuya getdiyini deyib

İsrailin keçmiş Baş naziri Benyamin Netanyahu, bazar günü yayımlanan “Facebook” videosunda ABŞ prezidenti Co Baydenin keçən ay yeni İsrail lideri Naftali Bennettlə görüşərkən yuxuya getdiyini irəli sürüb.

Qazet.az-ın xəbərinə görə, Reuters agentliyinin-in araşdırmasına əsasən, paylaşılan video manipulyasiya məqsədi ilə kəsilib. Video kəsildikdən bir neçə saniyə sonra daha uzun görüntülərdə Baydenin Bennetə cavab verdiyi aydın şəkildə görünür.

Xatırladaq ki, 71 yaşlı Netanyahu sağçı "Likud" partiyasının lideridir və “Demokrat” Baydenin “Respublikaçı” sələfi Donald Trampın Yaxın Şərq siyasətini dəstəkləyirdi.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.