Netanyahu bu ölkəyə səfərini təxirə saldı
Gündəm
23:01 03 yan, 2023
İsrail Baş naziri Benyamin Netanyahu Körfəz ölkəsi olan BƏƏ-yə ilk səfərini təxirə salıb.
Qazet.az xəbər verir ki, bu barədə “Yerusalem Post” məlumat yayıb.
Qeyd edək ki, qərar milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məbəd dağını ziyarət etməsindən bir neçə saat sonra qəbul edilib və bu, geniş beynəlxalq qınaqlara səbəb olub.