Netanyahu İranda nümayişçilərin edam edilməsini pisləyib
İsrail İranda nümayişçilərin edamını pisləyir, öz ölkələrinin hazırkı hakimiyyətlərinə qarşı çıxan iranlıları dəstəkləyir.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.
"İran rejimi həftəsonu nümayiş keçirən iki gənci edam edib. İsrail bu iyrənc qətlləri qətiyyətlə pisləyir. Biz öz azadlıqları uğrunda qəhrəmancasına mübarizə aparan İran vətəndaşlarını salamlayırıq. Onlar elementar insan hüquqları uğrunda canlarını fəda edirlər, bütün dünyaya Tehrandakı repressiv, öz vətəndaşlarını təhdid edən rejimin əsl simasını göstərirlər", - Netanyahu bildirib.
İSNA agentliyinin verdiyi məlumata görə, yanvarın 7-də iğtişaşlar zamanı Bəsic İslam milislərinin döyüşçüsünü öldürməkdə təqsirli bilinən iki nəfərə qarşı ölüm hökmü çıxarılıb.