Bakı 20˚C Mostly sunny

Netanyahudan Trampın təhqirinə cavab

Gündəm 01:50 11 dek, 2021

Xatırladaq ki, D.Tramp Netanyahunu Baydeni təbrik etməsindən dolayı ən ağır formada təhqir etmişdi.

Netanyahudan Trampın təhqirinə cavab

İsrailin keçmiş baş naziri Benyamin Netanyahu ABŞ-ın sabiq prezidenti Donald Trampın onun haqqında təhqirlərinə cavab verib.

Qazet.az xəbər verir ki, bu barədə Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının məlumatında deyilir.

“Keçmiş hökumət başçısı Benyamin Netanyahu sabiq prezident Donald Trampın İsrailin rifahı və təhlükəsizliyi ilə bağlı fəaliyyətini yüksək qiymətləndirir”, - deyə bildirilib.

Partiya rəhbərliyi İsrailin ABŞ-la müttəfiqliyə böyük önəm verdiyini və bu səbəbdən Netanyahunun ABŞ Prezidenti Co Baydeni vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik etdiyini qeyd edib.

Xatırladaq ki, D.Tramp Netanyahunu Baydeni təbrik etməsindən dolayı ən ağır formada təhqir etmişdi.

ria.novosti