Bakı 15˚C Intermittent clouds

“Netfliks” “1899” serialını yeni mövsümə uzatmaqdan imtina etdi

Maraqlı 14:48 03 yan, 2023
“Netfliks” “1899” serialını yeni mövsümə uzatmaqdan imtina etdi

“Netfliks” yayım platforması “1899” serialını yeni mövsümə uzatmaqdan imtina edib.

Qazet.az xəbər verir ki, bu barədə şounun yaradıcıları Baran Bo Odar və Yantye Frize instaqramda bildiriblər.

Əvvəlcə müəlliflər hekayəni üçüncü sezonda bitirməyi planlaşdırırsalar da, “Netfliks” birinci mövsümdən sonra serialı ləğv etmək qərarına gəlib. Bu qərarın səbəbləri açıqlanmır.

Serialın yaradıcıları pərəstişkarlarından üzr istəyib.

“Bunun milyonlarla pərəstişkarımızı məyus edəcəyini bilirik, lakin bu gözəl macəranın bir parçası olduqları üçün onlara ürəkdən təşəkkür etmək istəyirik. Sizi sevirik, bunu unutmayın”, - onlar yazıblar.