Neymar ağır zədə aldı - FOTO
İdman
17:57 29 noy, 2021
Topuğundan zədə alan braziliyalı futbolçunun azı 6 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur

PSJ-nin ulduz futbolçusu Neymar zədələnib.
Qazet.az xəbər verir ki, o, Liqa 1-in 15-ci turu çərçivəsində baş tutan “Sent Etyen”lə səfər oyununda (1:3) sıradan çıxıb.
Neymar artıq ilkin tibbi müayinədən keçib. Topuğundan zədə alan braziliyalı futbolçunun azı 6 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur. Təkrar müayinədən sonra onun vəziyyəti tam dəqiqləşəcək.