Bakı 27˚C Mostly cloudy

Neyron şəbəkəsi barmaq hərəkətləri vasitəsilə kartın PIN kodunu təyin edir

Biznes 22:25 30 okt, 2021

Tədqiqatçıların sözlərinə əsasən nəticədə PIN kodun doğru şəkildə təyin edilmə ehtimalı 41% təşkil edir

Neyron şəbəkəsi barmaq hərəkətləri vasitəsilə kartın PIN kodunu təyin edir

Sözügedən üsul xüsusi alqoritmin köməyi ilə PIN kodun proqnozlaşdırılmasına əsaslanır. Tədqiqatçıların sözlərinə əsasən nəticədə PIN kodun doğru şəkildə təyin edilmə ehtimalı 41% təşkil edir. Bu göstərici isə digər analoqlarda olan göstəricilərdən daha yüksəkdir. Sözügedən ideyanı İtaliyadan və Niderlanddan olan mütəxəssislər fikirləşiblər. Bu məsələdə machine learning texnologiyasının yaradılması üçün elektronik mağazalarda satılan təchizat uyğun gəlir. Mütəxəssislərin sözlərinə əsasən istifadəçi hətta bir əli ilə digərinin üstünü örtsə də bu üsulun effektivliyi yüksək səviyyədə qalır.

Hal hazırki süni zəka versiyası əl mövqeyini təyin edir və 3 cəhddən 4 simvollu PIN kodu 41% ehtimalda doğru şəkildə təyin edir. 5 simvollu PIN kodun uğurlu təyini isə 30% ehtimalda baş tutur. Sözügedən üsulun nəticələri bütün gözləntiləri üstələyib və səs dalğaları ilə istilik göstəricilərinə əsaslanan digər mövcud üsulların göstəricilərini geridə qoyub. Neyron şəbəkəsinin çalışması üçün istifadəçinin beli arxasına video vasitəsilə təyinetmə sistemini yerləşdirmək kifayətdir.

Narahatlıq yaradan fakt ondan ibarətdir ki, insanlar süni zəka sisteminin düymə səsləri və ya digər faktorlar vasitəsilə PIN kodu təyin etməyi bacardığını ağıllarına belə gətirə bilmirlər. Bununla belə bu cür prosesi reallaşdırmağa imkan verən kameranı bankomatdan bir neçə metr aralıda hansısa sütuna bərkitmək olar. Mütəxəssislər tərəfindən keçirilmiş tərübədə 58 nəfər könüllü iştirak edib. Onlardan hər biri 100 təsadüfi PIN kod daxil edib. Neyron şəbəkəsi isə öz növbəsində bir sıra ssenarilərin istifadəsi ilə təlimatlandırılıb və nəticədə ayrı-ayrı hallarda PIN kodun düzgün şəkildə təyin edilmə ehtimalı daha da artıb.