Nigarla Eldar 10 il sonra bir arada - VİDEO
Nigarla Eldar 1990-cı və 2000-ci illərdə hit olan mahnıları bir araya toplayıb
Avroviziya 2011 qalibləri Nigar Camal və Eldar Qasımov 10 il sonra bir araya gəliblər.
Qazet.az xəbər verir ki, sənətçilər uzun illərdən sonra ilk duetlərini sevənlərinin ixtiyarına veriblər.
Nigarla Eldar 1990-cı və 2000-ci illərdə hit olan mahnılardan ibarət "mash up" hazırlayıblar.
Sənətçilər mahnıları oxumaqla kifayətlənməyərək ifalarına həm də ekran həyatı veriblər.
Rejissorluğunu Eko Ağalarovun etdiyi klipdə Nigar Camal Merilin Monro, Eldar Qasımov isə Elvis Presli obrazında olub. Ekran işində aktyor Nicat Rəhimov və şairə Zəhra Bədəlbəyli də çəkilib.
Qeyd edək ki, kompozisiya sənətçilərin sosial şəbəkə səhifələrinə, o cümlədən rəqəmsal platformalara yerləşdirilib.