Nigerdə naməlum şəxslər məscidə hücum edib, ölənlər var
Niger Afrikada terrorçu fəaliyyətlər və qanunsuz köç səbəbi ilə ən problemli bölgələrdən sayılır. 2014-cü ildə Fransa burada antiterror əməliyyatı həyata keçirib.
Nigerin cənub-qərbində yerləşən məscidlərdən birinə hücum olub.
Qazet.az bu barədə ria.novosti-yə istinadən xəbər verir
Məlumata görə, naməlum şəxslər məscidə hücum edərək azı on nəfəri öldürüblər.
Hücum Tillaberi bölgəsində, "üç sərhəd zonası" adlanan ərazidə - Nigerin Mali və Burkina-Faso ilə dövlət sərhədlərinin keçdiyi ərazidə baş verib. Qeyd edək ki, bu bölgə İŞİD və "Əl-Qaidə" terror təşkilatları ilə əlaqəli çoxsaylı qruplar tərəfindən idarə olunur.
Niger Afrikada terrorçu fəaliyyətlər və qanunsuz köç səbəbi ilə ən problemli bölgələrdən sayılır. 2014-cü ildə Fransa burada antiterror əməliyyatı həyata keçirib.