Nigerdə silahlı hücum: 60 nəfər öldürüldü
Gündəm
00:13 05 noy, 2021
“Ümumilikdə 60-a yaxın insan həlak olub, 9 nəfər itkin düşüb, 15 nəfər isə qaçıb”
Nigerin Banibanqa kommunasına silahlı şəxslərin hücumu nəticəsində 60-a yaxın insan həlak olub.
Qazet.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“Ümumilikdə 60-a yaxın insan həlak olub, 9 nəfər itkin düşüb, 15 nəfər isə qaçıb”, - deyə bildirilib.
Qeyd edilir ki, bölgədə İŞİD və Əl-Qaidə ilə əlaqəli qruplar fəaliyyət göstərir.