Nigeriya su altında qaldı
Hadisə
18:15 12 okt, 2022
Nigeriyada daşqın paytaxt Abuca ilə yanaşı, 31 ştata ciddi ziyan vurub.
Qazet.az xəbər verir ki. bu barədə Nigeriyanın Humanitar İşlər, Fəlakətlərin İdarə Edilməsi və Sosial İnkişaf Nazirliyinin baş katibi Nasir Sani-Qvarzo bildirib.
Onun sözlərinə görə, ölkədə daşqın fəlakətindən 1 milyon 411 min 51 nəfərin zərər çəkib. May ayından bəri davam edən yağışların səbəb olduğu sel 500-dən çox insanın həyatına son qoyub: "Seldə 1546 nəfər xəsarət alıb. Bundan başqa, 44 min 99 evə qismən ziyan dəyib. 45 min 249 ev tamamilə dağılıb, 146 min hektardan çox ərazi də su altında qalıb”.