Bakı 3˚C Mostly cloudy

Nigeriyada əsgərlərə hücüm olunub - Onlarla ölü

Gündəm 00:55 26 sen, 2021

Nigeriyada terrorçular ordu karvanına hücum edib, onlarla əsgəri öldürüblər

Nigeriyada əsgərlərə hücüm olunub - Onlarla ölü

Nigeriya ordusunun 30 əsgəri "Boko Haram" terror təşkilatının silahlıları tərəfindən pusquya düşüblər.

Qazet.az xəbər verir ki, bu barədə Nigeriyanın "Vanguard" qəzeti məlumat yayıb.

Məlumata görə, ordu karvanına ölkənin şimal-şərqində yerləşən Borno əyalətindən hücum edilib. Silahlılar pusqudan hərbi yük maşınlarına qumbaraatanlardan atəş açıblar.

Nəşrin əldə etdiyi ilkin məlumata görə, 16 hərbçi öldürülüb, lakin sonradan bu rəqəm 30-a yüksəlib.

Ordunun əsgərləri arasında itkin düşənlər də var.

Qeyd edək ki, Nigeriyada "Boko Haram" terrorçu qruplaşmasının 2009-cu ildən indiyədək törətdiyi terror hücumları nəticəsində 20 mindən çox insan ölüb.