Nikaraqua sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Xəbərlər
15:07 27 noy, 2022
Nikaraqua sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Qazet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 973 min insanın yaşadığı Nikaraquanın paytaxtı Manaqua şəhərindən 75 km cənub-qərbdə, 61 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.