Bakı 6˚C Windy

Nikita Mixalkovun səhhəti pisləşdi

Hadisə 05:35 06 yan, 2023
Nikita Mixalkovun səhhəti pisləşdi

Məşhur rusiyalı rejissor Nikita Mixalkov koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Qazet.az Rusiya mətbuatına istinadən bildirir ki, həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

 77 yaşlı rejissor əvvəlcə 67 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Lakin sonradan həkimlər reanimasiya briqadasının köməyi ilə Mixalkovu başqa xəstəxanaya köçürmək qərarına gəliblər.

Onun koronavirus fonunda pnevmoniyaya yoluxduğu qeyd edilir.