Nikkei: "Yaponiya və ABŞ hipersəs silahlarının qarşısını almaq üçün texnologiyaları araşdıracaqlar"
Xəbərlər
11:22 04 dek, 2022
Yaponiya və ABŞ mövcud raketdən müdafiə sistemlərinin səmərəsiz olduğu yüksəkliklərdə hipersəs döyüş başlıqlarının qarşısını almaq üçün raket texnologiyası üzrə birgə tədqiqatları nəzərdən keçirəcəklər.
Qazet.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Söhbət xüsusilə 2023-cü ildən başlayaraq tutucular üçün iri raket mühərriklərinin və digər komponentlərin hazırlanmasından gedir. Onlar yüksək sürətlə uzun məsafələrə uçmalı və hipersəs bloklarının trayektoriyasındakı dəyişikliklərdən sonra dönə bilməlidirlər.