Nikki Minajın 19,5 milyonluq villası - Fotolar
Maraqlı
17:00 24 dek, 2022
![Nikki Minajın 19,5 milyonluq villası - Fotolar](https://qazet.az/resized/fit900x500/center/pages/135045/253634-4gn51zz3n3.jpg)
Müğənni Nikki Minaj uzun illər Los-Ancelesin müxtəlif yerlərində kirayə evlərdə yaşayıb. Bu günlərdə isə ifaçı özünə ev alıb.
Qazet.az xəbər verir ki, malikanə ciddi mühafizə olunan ərazidə - ABŞ-da ən bahalı şəhərlərindən birində yerləşir. Ərazidə yerləşən evlər yalnız bu il tamamlanıb, rəsmi satışa çıxarmağa belə vaxtları olmayıb. Niki isə hələ satışlar gerçəkləşdirilmədən evə sahib ola bilib.
Müğənni bunun üçün 19,5 milyon dollar ödəyib. 1100 kvadrat metrlik malikanədə səkkiz yataq otağı və on vanna otağı var. Ərazidə istirahət zonası və üç avtomobil üçün qaraj, hovuz var.