Nikol Paşinyan qorxu içindədir - Erməni mətbuatı
Baş nazirin qorunması üçün ayrılan vəsaitləri artırması səs-küyə səbəb olur
“Ermənistanın Baş naziri vəzifəsində çalışan Nikol Paşinyan yenidən nələrdənsə çəkinir.”
Qazet.az xəbər verir ki, bu başlıqla İravunk nəşri xəbər yayıb.
Məlumatda bildirilir ki, Paşinyan öz mühafizə sistemini gücləndirib. Ermənistan mətbuatında isə hər dəfə Nikol Paşinyanın öz mühafizəçilərinin sayını və baş nazirin qorunması üçün ayrılan vəsaitləri artırması səs-küyə səbəb olur.
Xəbərdə deyilir ki, Paşinyan ən son 44 günlük müharibədə öz təhlükəsizliyinin qeydinə bu qədər qalmışdı.
“Yəqin hamımız xatırlayırıq ki, 44 günlük müharibədən sonra Nikol Paşinyan, mətbuatda yazılanlara görə təhlükəsizliyini artırmışdı. Amma indi niyə yenidən qorxub, bu barədə dəqiq məlumat yoxdur” deyə erməni mətbuatı yazır.
-