Nikol Paşinyan sabah mətbuat konfransı keçirəcək
Gündəm
16:18 22 noy, 2021
Ermənistanın Baş naziri sabah saat 20:00-da feysbuk səhifəsindən canlı mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-ü saat 20:00-da feysbuk səhifəsindən canlı mətbuat konfransı keçirəcək.
Qazet.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan feysbuk səhifəsində yazıb.
O, mətbuat konfransında KİV və QHT təmsilçilərinin suallarına cavab verəcəyini bildirib.
N.Paşinyan deyib ki, mətbuat konfransı 1,5 - 2 saat davam edəcək.