Niyə şokoladı bu qədər sevirik? - Xoşbəxtlik qidası
Çoxlarının sevdiyi şokoladın faydaları

Şokoladın əsl sirri qovrulmuş və mayalanmış olan sehrli ləpədə, yəni kakaodadır.
Dünyada ən çox şokolad istehlak edən ölkələr İsveçrə və İrlandiyadır.
Bizim üçün kakaonun ən faydalı hissəsi tərkibindəki flavonoidlərdir. Bu maddələr antiinflamatuar, antioksidan və antimikrobiyal təsirlərə malikdir. Təbiətdə bu maddələrin ən çox olduğu bitkidir. Bundan əlavə, tərkibindəki tanin turşusu sayəsində mikrobları öldürə bilər və tüpürcəklərimizdəki turşuluğu nizamlaya bilər.
Kakaoda olan flavonoid ürək xəstəliklərinin qarşısını almağa yardım edir. Bu anti-oksidantlar qanda olan xolesterinin səviyyəsini aşağı salır və qan damarlarının elastikliyini qoruyur. Tərkibində olan flavonoid maddəsi yüksək qan təzyiqini aşağı salar və onu sabit saxlayar. Həmçinin şokolad diabetin qarşısını alır.
Kakaodan başqa şokoladda süd, yağ və şəkər var. Artıq şəkərin nə qədər zərərli olduğunu müzakirə etməyə ehtiyac yoxdur. Şokoladda qeyd olunan qüsurları, yəni kakaonu təmin etmək üçün ən azı 70% kakao tərkibli tünd şokoladlara üstünlük verməliyik.
Acı şokoladın tərkibində kakao var. Tərkibində olan flavonoid beyin fəaliyyəti üçün faydalıdır.
Kakao və şokolad qəbul etdikdən sonra hiss etdiyimiz xoşbəxtlik hissi üçün lazım olan nevrotransmitter maddəsinin, şokoladdan başqa yalnız bağırsaqlarımızıda mövcud olan probiotik adlı bakteryalardır.
Tünd şokoladdan müntəzəm istifadə edən insanların daha az istifadə edənlərə nisbətən daha sağlam bədənə sahib olduqları ortaya çıxıb. Şokolad insanı cavanlaşdıran maddədən biri sayılır. Şokoladın tərkibində olan kakao anti-oksidant olduğu üçün bədəni cavan saxlayar.
Şokolad stressə qarşı dərmandır.
Şokolad əhval-ruhiyyəni qaldırmaq üçün münasib qidadır. Çünki tərkibində maqnezium vardır və bu maddə beyin əsəblərini rahatlaşdırmaq qabiliyyətinə malikdir.
Tərkibində olan minerallar bədən üçün çox faydalıdır. Yaxşı olar ki, gün ərzində 30 qr. acı şokolad yeyəsiniz. Özümüz və sevdiklərimiz üçün ən azı 70% kakao olan tünd şokolad qəbul etmək bizi sevindirdiyi qədər bədənimizi də xoşbəxt edə bilər. Uşaqlarımızı tünd şokoladın dadına öyrədərək sağlam bir qəlyanaltı seçə bilərik.