Nizami rayonunda 45 yaşlı kişini avtomobil vurub
Hadisə
04:36 05 dek, 2022
Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qazet.az-ın məlumatına görə, avtomobil yolu keçən 1977-ci il təvəllüdlü Əliyev Anar Ağababa oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.