Nobel mükafatı laureatı Orhan Pamuk mükafata layiq görülüb
Maraqlı
15:48 02 dek, 2021
Orhan Pamuk “Vəba gecələri” romanına görə mükafat alıb
Tanınmış türk yazıçı Orhan Pamuk “45. Sedat Simavi Ödülleri” mərasimində ədəbiyyat mükafatı ilə təltif edilib.
Qazet.az xəbər verir ki, yazıçı Orhan Pamuka ədəbiyyat mükafatı “Vəba gecələri” romanına görə təqdim olunub.
Qeyd edək ki, Sedat Simavi mükafatı Türkiyədə elm, incəsənət, jurnalistika, radio-televiziya və idman sahələrində uğur qazanmış şəxslərə təqdim olunan illik mükafatdır.