Norveç Əfqanıstan üçün kömək istədi
Gündəm
16:35 17 noy, 2021
BMT Əfqanıstan üçün ianə qutusu yaradıb.
Norveçin xarici işlər naziri bildirib ki, ölkəsi əfqanıstanlı qaçqınlara kömək üçün 23 milyon nəğd pul vəsaiti ayıracaq.
Qazet.az xəbər verir ki, Norveç dünya ölkələrini Əfqanıstan xalqına yardım etmək üçün BMT ilə əməkdaşlığa çağırdı.
Norveç ehtiyacı olan əfqanlar üçün nəğd pul tədarükünü vacib sayıb.
Norveç hökuməti kasıb əfqanların qış aylarını çətinliklə keçirməməsi üçün nəğd pulun bərabər bölünəcəyini bildirib.
Norveçin xarici işlər naziri digər ölkələri də oxşar addımlar atmağa, bəşəri bir böhranın və kəskin qıtlığın qarşısını almağa səsləyib.