Norveç klubu "Qarabağ"ın hücumçusunu istəyib
Gündəm
10:44 14 sen, 2021
Ağdam təmsilçisi 26 yaşlı seneqallı hücumçu üçün Norveç "Haugesund"una "Volerenqa"dan daha çox transfer haqqı təklif edib
Norveçin "Volerenqa" klubu "Qarabağ"ın heyətinə qatdığı İbrahima Vadjini transfer etmək istəyib.
Qazet.az "Nettavisen" nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı seneqallı hücumçu üçün Norveç "Haugesund"una "Volerenqa"dan daha çox transfer haqqı təklif edib.
Klub bundan əlavə, "Qalatasaray"dan Martin Linnesi almağı hədəfləyib, lakin burada da "Molde" ilə rəqabətdə uduzub. "Volerenqa" Tomas Totlandı da "Tromso"dan transfer edə bilmədikdən sonra alternativ oyunçulara yönəlməyib.
Qeyd edək ki, "Qarabağ" İbrahima Vadji ilə 3 illik müqavilə imzalayıb.