Bakı 13˚C Cloudy

Norveçdə gecə klubunda atışmada 2 nəfər ölüb, 14 nəfər yaralanıb

Gündəm 12:16 25 iyn, 2022

Daha 6 nəfər yüngül xəsarət alıb

Norveçdə gecə klubunda atışmada 2 nəfər ölüb, 14 nəfər yaralanıb

Norveçin paytaxtı Osloda gecə klubunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, daha 14 nəfər yaralanıb.

Qazet.az NRK-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində yerləşən məşhur "London" barında qeydə alınıb.

Hadisənin şahidi jurnalist Olav Renneberqin sözlərinə görə, çanta ilə gələn bir nəfər tapançanı çıxararaq atəş açmağa başlayıb.

Hazırda səkkiz nəfər xəstəxanaya yerləşdirilib, onlardan bəziləri ağır yaralanıb. Daha 6 nəfər yüngül xəsarət alıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə hadisə yerində yaxalanıb. İnsidentin motivi hələ də məlum deyil.

Polis hadisənin arxasında bir neçə nəfərin ola biləcəyini ehtimal edir.