Nostradamusun 2022-ci illə bağlı TÜKÜRPƏRDİCİ PROQNOZLARI: Süni intellekt, böyük partlayış...
Nostradamusun 2022-ci illə bağlı proqnozları gündəmə gəlib
2022-ci ilə sayılı günlər qaldığından dünyaca məşhur fransız kimyagər və öncügörücü Nostradamusun 2022-ci illə bağlı proqnozları gündəmə gəlib.
Qazet.az Nostradamusun 2022-ci illə bağlı öngörülərini təqdim edir:
Bütün dünyada iqtisadi çöküşün baş verəcək
Nostradamusun 2022-ci illə bağlı ən narahatedici proqnozu iqtisadiyyata aiddir. Fransız kahin 2022-ci ildə bütün dünyada iqtisadi çöküşün baş verəcəyini və iqtisadiyyatın bütün dünyada nəzarətdən çıxacağını bildirib.
Meterorid düşəcək
Nostradamusun digər bir proqnozu meteoridlərin düşməsi istiqamətindədir. NASA bu hadisənin baş vermə tarixi kimi 2021-ci ilin sonunun əlverişli olduğunu desə də, kahinin iddiasına görə, meteorid Yerə 2022-ci ildə düşəcək. Nostradamus uzun qığılcım cığırından danışıb ki, bu da təkcə asteroidlər deyil, həm də zəlzələlər və sunamilər deməkdir.
Robotlar insanları ələ keçirəcək
Digər proqnoz isə süni intellektlə bağlıdır. Fransalı kahinin öngörüsündə qeyd olunur ki, 2022-ci ildə süni intellektdə inanılmaz dərəcədə irəliləyiş baş verəcək, kompüterlər və robotlar bu il insanları ələ keçirəcək və yavaş-yavaş dünyaya hakim olmağa başlayacaq.
Böyük partlayış baş verəcək
Nostradamusun bu illə bağlı növbəti öngörüsü isə təbii fəlakətlərlə bağlıdır. Bildirilir ki, 2022-ci ildə dünyada böyük partlayış baş verəcək. Bu püskürmə iqlimdə və yerin mövqeyində dəyişikliklərə səbəb olacaq.
Püskürmə həm də sel və zəlzələlərə gətirib çıxaracaq.