Bakı 21˚C Dreary

“Növbəti böhrana hazırlaşmalıyıq” - ÜST

Gündəm 13:42 04 noy, 2021

ÜST-ün baş direktoru növbəti böhranlara hazır olmağı deyib

“Növbəti böhrana hazırlaşmalıyıq” - <span style="color:red">ÜST</span>

“ÜST-nin məqsədi bu il ərzində bütün dünya ölkələrində əhalinin ən azı 40 faizinin peyvənd olunmasıdır”.

Qazet.az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumuna göndərdiyi videomüraciətində deyib.

“Biz bundan sonra da növbəti böhrana hazırlaşmalıyıq. Bizim səhiyyə sistemlərimiz daha müvafiq olmalıdır. Ən zəngin və inkişaf etmiş dövlətlər belə bu xəstəlikdən qorunmayıb. Bu pandemiya bir daha göstərdi ki, sağlamlıqla bağlı olan məsələ həmişə diqqət mərkəzində olmalıdır. Biz səhiyyəyə, ilkin xidmətlərə ayrılan vəsaitləri artırmalıyıq. Biz qlobal çərçivədə xüsusi maliyyə çərçivəsi yaratmalıyıq”, - o bildirib.