Növbəti TOEFL imtahanı keçiriləcək
Cəmiyyət
10:55 11 yan, 2023
Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service - ETS) TOEFL iBT imtahanı yanvarın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
DİM-dən Qazet.az-a bildirilib ki, imtahanda iştirak etmək istəyən şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.