Noyabrın 5-də Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
Cəmiyyət
11:52 02 noy, 2021
Güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır
Noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.
Bu barədə Qazet.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.