Noyerdən rekord
Qətərdə keçirilən dünya çempionatında 100-cü qolu Mərakeş millisinin futbolçusu Nayef Aquerd öz qapısına vurub.
Qazet.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi Kanadaya 2:1 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur oyununda uğursuzluqla üzləşib.
Şimali amerikalılar isə turnirin aktirekordunu təkrarlayıblar. İndiyədək meydana çıxdığı 6 qarşılaşmanın hamısında məğlub olan yığma El Salvadora (6 məğlubiyyət) çatıb.
Bundan əlavə, Almaniya yığmasının qapıçısı Manuel Noyer Kosta Rikaya 4:2 hesabı ilə qalib gəldikləri matçda rekorda imza atıb. Təcrübəli oyunçu mundiallar tarixində ən çox oyun keçirən qolkiperdir.
İki Afrika komandası (Mərakeş və Seneqal) tarixində iki dəfə pley-offa adlayıb. Daha əvvəl 2014-cü ildə Əlcəzair və Nigeriya bunu bacarıb.
Xorvatiya ilə qolsuz bərabərə qalan Belçika XXI əsrdə ilk dəfə böyük turnirdə (dünya və Avropa çempionatı) qrup mərhələsini dalaya bilməyib. Bu müddət ərzində ümumilikdə 6 belə yarış olub.