Bakı 4˚C Partly sunny

NTV: Elton Con musiqi ilə vidalaşır

Gündəm 02:57 03 dek, 2022
NTV: Elton Con musiqi ilə vidalaşır

Son dünya turnesini davam etdirən Elton Con dünyaca məşhur musiqi festivalı Glastonbury ilə İngiltərədə vida konsertinə gedəcək.

Qazet.az 
NTV-yə istinadən xəbər verir ki, "Sir" titullu ingilis müğənni Elton Con musiqi karyerasını başa çatdırmaq üçün dünya turnirində gələn il dünyaca məşhur Glastonbury musiqi festivalında səhnəyə çıxacaq. Məşhur Səhnə Piramidasında olacağını öyrənən 75 yaşlı musiqiçi karyerasının 50-ci ilini tamamlayarkən İngiltərədə son konsertində olacaq. Conun vida konserti iyunun 25-də baş tutacaq.

Sənətçi ABŞ-a etdiyi son qastrol səfərini ötən ay başa vurub. Los Ancelesdəki Dodger Stadionunda verdiyi konsertdə onu Dua Lipa, Kiki Di və Brandi Karlil müşayiət edib. Konsert rəqəmsal platformada da yayımlanıb. 

Qlastonberi Conun İngiltərədəki son konserti üçün səhnə olacaq. 2023 Qlastonberi Musiqi Festivalı 21-25 iyun tarixlərində keçiriləcək.