"Nüvə silahından istifadə edəcəyik" - Putin
Siyasət
10:35 21 sen, 2022
“Ərazi bütövlüyümüzə təhdid olacağı təqdirdə nüvə silahından istifadə edəcəyik”.
Qazet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
Dövlət başçısı söyləyib ki, Qərb Rusiyanın parçalanmasını istəyir: “Onların məqsədi bizi parçalamaq, məhv etməkdir”.
Rusiya liderinin sözlərinə görə, Qərb anti–Rusiya siyasətində bütün sərhədləri keçib: “Artıq Rusiyanın sərhədyanı ərazilərinə Qərb silahlarından zərbələr endirilir. NATO Rusiyanın cənubunda kəşfiyyat aparır”.